Uilyam Vordsvort | |
---|---|
ing. William Wordsworth | |
Doğum tarixi | 7 aprel 1770[1][2][…] |
Vəfat tarixi | 23 aprel 1850[1][2][…] (80 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı[3] |
Fəaliyyəti | şair, söz yazıçısı[d], yazıçı |
Əsərlərinin dili | ingilis dili |
Uilyam Vordsvort Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Uilyam Vordsvort (7 aprel 1770[1][2][…] – 23 aprel 1850[1][2][…]) — ingilis romantik şairi. Samuel Teylor Koldric ilə birlikdə "Lirik balladalar"ın (1798) birgə nəşri ilə ingilis ədəbiyyatında romantizm dövrünün başlamasında rol oynayan şəxs kimi qəbul edilir.
Vordsvortun maqnum əsəri, ümumiyyətlə, erkən illərinə aid yarı avtobioqrafik bir şeir olan və bir neçə dəfə yenidən işləyib genişləndirdiyi Prelüd olaraq qəbul olunur. Ümumilikdə "Koleric üçün şeir" kimi tanınan Prelüd, ölümündən sonra həyat yoldaşı tərəfindən adlandırılmışı və nəşr olunmuşdur.
Vordsvort ən çox təbiətin gözəlliyini və gücünü, insan təxəyyülünü tərənnüm edən poeziyası ilə tanınır. Ən məşhur əsərlərinə "Tintern Abbey", "The Prelude" və "Ode: Intimations of Immortality" daxildir.
Poeziyasından əlavə, Vordsvort həm də tənqidçi, esseist və siyasi fəal idi. O, Samuel Taylor Koldricin yaxın dostu idi və məşhur "Lirik balladalar" şeirlər toplusunda əməkdaşlıq edirdi.